Azərbaycanlı biznesmen Belarusun Şərəf ordeni ilə təltif edildi
Avqust 22
16:33
2020
Belarusun xarici işlər naziri Vladimir Makey Belarus prezidenti adından azərbaycanlı iş adamı və investor Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib.
Qlobal.az-ın Modern.az-a istinadən məlumatına görə, Vasif İsmayılovun şirkəti Minskdə və Mogilyovda çoxsaylı binalar inşa edib. Hazırda Bobruysk şəhərində iri obyektin, paytaxt Minskdə "Bakı məhəlləsi" yaşayış kompleksinin tikintisi ilə bağlı layihə hazırlanır .
Şirkət 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa edib. İş adamı xeyriyyə fəaliyyətlərində aktiv iştirak edir.
Vasif İsmayılovun Şərəf ordeni ilə təltif edilməsi haqqında qərar 21 noyabr 2019-cu ildə verilib, və bu gün nazir tərəfindən şəxsən təqdim edilib.