SON XƏBƏR

Azərbaycanlı alim Avropa Nüvə Tədqiqatları Mərkəzində rəhbər seçildi

Aprel 09
13:48 2016
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Avropa Nüvə Tədqiqatları Mərkəzində ALICE təcrübəsinin fizika qrupunun rəhbəri seçilib

Moderator.azakademiyanın rəsmi saytına istinadən xəbər verir ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Nəzəri astrofizika və kosmologiya şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Anar Rüstəmov Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN ) ALICE təcrübəsinin fizika qrupunun rəhbəri seçilib.

ALİCE təcrübəsində toplanmış məlumatların təhlili və fiziki nəticələrin alınmasına növbəti iki il ərzində azərbaycanlı alim rəhbərlik edəcək.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook