SON XƏBƏR

Azərbaycanlı alim ABŞ-da mühüm tədqiqat üzərində işləyir (VİDEO)

Noyabr 29
00:26 2017
ABŞ-ın Texas Universitetində dərs deyən salyanlı gənc alim Bahar Dadaşova yol qəzalarının sayını sıfıra endirmək üçün tədqiqatlar aparır. 

Qlobal.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, elmi araşdırmalar müsbət nəticə verərsə, bu, Azərbaycanda da tətbiq edilə bilər.

Əslən Salyan rayonunun Kürkənd kəndindən olan Bahar Dadaşova hazırda ABŞ-ın Texas Universitetinin gənc professorudur. Onun ABŞ-a gedən yolu isə elə yerli təhsil ocaqlarından başlayıb.

2000-ci ildə orta məktəbi başa vuran Bahar yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinə daxil olur. 2004-cü ildə ali məktəbi qırmızı diplomla bitirdikdən sonra gənc xanım elmi biliklərini artırmaq arzusu ilə Portuqaliyanın Nova Universitetinin magistraturasuna qəbul olub. Nə qədər çətin olsa da valideynləri onun bu arzusunu reallaşdırmaqda yardımçı olublar.

2007-ci ildə magistraturanı uğurla başa vuran Bahar Dadaşova həmin il Karl III Madrid Universitetində riyaziyyat mühəndisliyi ixtisası üzrə elmi işçi kimi fəaliyyətə başlayıb. O, öz tədqiqatlarında yol qəzalarının baş vermə səbəbləri və onun aradan qaldırılmasının optimal yolları barədə problemləri öyrənir.

Sonra Madrid Politexnik Universitetinə dəvət alan Bahar Dadaşova 2009-2014-cü illərdə həmin təhsil müəssisəsində assistent kimi tədqiqat işlərini davam etdirib. Həmin ilin axırında "Qəza dərəcələrinin təkamülünün təhlili üçün dinamik statik modellər: Metodologiya və hesablama aspektləri” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat mühəndisliyi üzrə fəlsəfə doktoru-alimlik dərəcəsini alıb.

Artıq 34 yaşlı alim üç ildir ki, Amerikanın Texas Universitetində dərs deməklə elmi-tədqiqat işlərini də davam etdirir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook