"Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var" - Müdafiə naziri
Avqust 18
16:18
2020
Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri Zakir Həsənovla görüşüb.
Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın "Report"a verdiyi məlumata görə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ilk növbədə layihənin məqsədi, nazirlik tərəfindən vətənpərvərlik sahəsində görülən işlər, artıq 20 ildən çoxdur ki, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin əlaqədar qurumlarla birgə həyata keçiridiyi "Şahinlər” hərbi-vətənpərvərlik oyunu, ümumilikdə gerçəkləşdirilən layihə və tədbirlər haqqında qısa məlumat verıb. Nazir müavini bu tədbirlərdə 10 mindən artıq gəncin iştirakının təmin edildiyini bildirib.
Müdafiə naziri Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb.
Çıxışının davamında nazir Zakir Həsənov bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır.



