SON XƏBƏR

Azərbaycanla mümkün sülh müqaviləsinin ratifikasiyası uzun sürəcək" - Paşinyanın fraksiyası

May 26
16:28 2023
Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin ratifikasiyası uzunsürən proses olacaq.

APA xəbər verir ki, bunu Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri, hakim "Vətəndaş müqaviləsi” partiyasının üzvü Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinq zamanı bildirib.

Vardanyan qeyd edib ki, rəsmi İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilənin imzalanması prosesinə toxunan erməni deputat deyib: "Müqavilə hökumət tərəfindən təsdiqlənməli, sonra Konstitusiya Məhkəməsi müqavilənin Ermənistanın ali qanununa (red. – konstitusiyaya) uyğunluğunu yoxlamalı, bunun ardınca sənəd parlamentdə ratifikasiya olunmalıdır ki, ən sonda prezident onu imzalayacaq”, - Vardanyan vurğulayıb.

O həmçinin əlavə edib ki, Azərbaycanda da eyni proses həyata keçirilməlidir və bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook