"Azərbaycanla iqtisadi əməkdaşlığı artırmaq istəyirik" - Pakistan prezidenti
Sentyabr 01
00:15
2020
"Pakistan Azərbaycanla iqtisadi, o cümlədən enerji, turizm və ticarət sahələrində, eləcə də müdafiə sahəsində əməkdaşlığı artırmaq istəyir”.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Pakistan prezidenti Arif Alvi bildirib.
Onun sözlərinə görə, Azərbaycana yeni təyin edilmiş səfir Bilal Hayee ilə söhbətdə ona bizim ölkə ilə münasibətlərə böyük əhəmiyyət verildiyi deyilib: "Səfirə iki ölkənin dərin siyasi, iqtisadi və mədəni əlaqələrə malik olduğu xatırladaraq onu ikitərəfli əməkdaşlığın artırılmasında rol oynamağa çağırmışıq”.



