"Azərbaycanla danışıqların Rusiya və ya ABŞ variantları yoxdur" - Ermənistan XİN
Noyabr 17
15:10
2022
"Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur".
Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb. Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır.
P.Ovannisyan qeyd edib ki, ümumi prinsiplərə 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.
Diplomatın sözlərinə görə, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.



