SON XƏBƏR

Azərbaycanın XİN başçısı Almaniya və Slovakiyaya səfər edəcək

Avqust 31
10:22 2016
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında, sentyabr 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Elmar Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook