Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb
İyun 13
13:39
2022
Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.
"Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycanın xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdədir.



