SON XƏBƏR

Azərbaycanın İsraildəki səfiri: "Əlaqələrimiz genişləndirilməlidir"

Fevral 13
13:14 2023
"Azərbaycan və İsrail iki ölkənin işgüzar dairələri və sahibkarları arasında əlaqələri inkişaf etdirməli və genişləndirməlidir”.

"Report” xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Kənd təsərrüfatı və təhsil” mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

M.Məmmədov səfir kimi iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlər üçün qarşılıqlı səfərlərin sayının artırılması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın İsraillə əlaqələri təkcə son 30 ildəki əməkdaşlıqla məhdudlaşmır: "Azərbaycan antisemitizmin nə olduğunu bilməyən çox sayda yəhudinin təhlükəsizlikdə yaşadığı ev olub.”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook