SON XƏBƏR

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir

İyul 28
10:58 2022
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və "G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook