Azərbaycanın görkəmli yazıçısı vəfat edib
Yanvar 09
10:43
2024
Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 94 yaşında vəfat edib.
Bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.
1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb. O, "Adını demədi”, "Fətəli fəthi”, "Ailə sirləri” və s. əsərlərin müəllifidir.