SON XƏBƏR

Azərbaycanın Əməkdar rəssamı həbs edildi

Mart 30
18:16 2022
Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdaş rəssamıdır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook