SON XƏBƏR

Azərbaycanın bu klubunda hepatit B virusuna yoluxmuş futbolçu oynayır - İddia

Dekabr 03
08:34 2025
Azərbaycan futbolunda növbəti böyük qalmaqal yaşanır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 1-ci Liqa təmsilçisi "Mingəçevir" Hepatit B virusuna yoluxmuş futbolçunu oynadır.

Söhbət qanalı hücumçu Cona Attukuayedən gedir. Əslində, Attukuayenin bu virusa yoluxduğunu klubda da bilirlər. Qanuna görə Hepatit B daşıyıcısı olan əcnəbi futbol oynaya bilməz və 10 gün ərzində ölkəni tərk etməlidir. Buna rəğmən, verdiyi analiz 2 dəfə müsbət nəticələnən Conanın komandada qalmasını istəyən idarəçilər və məşqçilər korpusu cavabları hər dəfə bir bəhanə ilə Yevlax Regional Dövlət Miqrasiya İdarəsinə göndərilməyib. Məqsəd ön xətt oyunçusunu ən azı qış fasiləsinə qədər heyətdə saxlamaqdır.

Maraqlıdır ki, vəziyyətin bu yerdə olduğunu nəinki klubdakılar əksər mingəçevirli azarkeşlər də bilir.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook