SON XƏBƏR

Azərbaycanın 3x3 basketbol millisi İslamiadanın qalibi oldu

Noyabr 19
22:33 2025
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qlobal.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.

Qeyd edək ki, yığma çempionluq titulunu qoruyub. Millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook