Azərbaycanın 3 klubu texniki məğlubiyyətlə cəzalandırıldı

Aprel 08
13:34
2025
AFFA İntizam Komitəsi 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilən "Ərkivan” - "Qobustan” matçında qonaq komandanın heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak edib. Bu səbəbdən "Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-11 Liqasında keçirilən "Santos Baku” – "Antiguoko İnternational” oyununun 48-ci dəqiqəsində qonaqların heyətində meydana lisenziyası olmayan futbolçu çıxıb. Bu səbəbdən "Antiguoko İnternational”a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
U-17 Qızlar Liqasında iştirak edən "Zaqatala” da eyni cəzaya məruz qalıb. Buna "Şəfa” ilə matçın gedişində "Zaqatala”nın heyətində yetərsay olmaması səbəb olub.