Azərbaycanın 140 yaşlı “Kaspi” və “Каспий” qəzetləri artıq yeni tərtibatda çap edilir
Sentyabr 04
18:28
2021
Hazırda Global Media Group-un təsisçisi olduğu "Kaspi” və "Каспий” qəzetləri bu gündən yeni tərtibatda çap olunmağa başlayıb.
Həftədə 1 dəfə işıq üzü görən 16 səhifəlik qəzetlər həm Azərbaycan, həm də rus dillərində çap olunur. Dillərin fərqliliyi kimi, hər iki dildə çatdırılan xəbərlər də bir-birini təkrarlamır. Ən maraqlı xəbərləri kağız daşıyıcıda oxuyucuya təqdim etmək və qəzet mədəniyyətini yaşatmaqla dövri mətbuatın rəngarəngliyini təmin edir.
1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı "Kaspi” qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılıb və qəzetin nəşrində fasilə yaranmışdır.
"Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırıb. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxmışdır.



