SON XƏBƏR

"Azərbaycanfilm"də 15 milyonluq yeyinti? - Kino Günündə QALMAQAL

Avqust 02
14:46 2017
2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Amma deyəsən, kinemotoqrafçıların hamısı bayram əhval-ruhiyyəsində deyil.

Xoş gündə neqativə köklənənlərdən biri də tanınmış prodüser, kinorejissor Əli İsa Cabbarovdur.

Açıqlama verən Ə. Cabbarov milli kinonun bugünkü acınacaqlı vəziyyətdən danışaraq, "Azərbaycanfilm”in direktorunun ünvanına sərt ittihamlar səsləndirdi.

"Hansısa əbləhin kinoya ayrılmış pulu oğurlaması cəzasına güzəşt etmək olar, amma o adam kinematoqrafçıların ömrünün illərini oğurlayırsa, bunun cəzasını qəbr evinə qədər çəkəcək. Dövlət kino proqramı yerinə yetirilməyib. Son 5 ildə kinoya 30 milyon manat ayrılıb. Bunun 15 milyonu "Azərbaycanfilm”ə verilib. Amma heç bir effekti yoxdur. Hazırda bütün işçiləri öz hesablarına məzuniyyətə göndəriblər. Bəs bu pullar hara xərclənib? Gülsatana 15 milyon versəydin, 20 manat qazanıb, qaytarardı. Amma bunlar maaşı da vermirlər. Çünki büdcələri gözbəbəyi kimi qoruyub, kino üçün xərcləmək əvəzinə, Allah bilir neyləyiblər? Tamahkarlıq və gerizəkalılıq ölkənin ən böyük studiyasını çökdürdü. Bu illər ərzində dövlət dotasiyası gəliri artırmağa kömək etməliydi. Kadrlarla bağlı təcili tədbirlər görülməlidir. Müşfiq Hətəmov işdən cıxarılmalıdır. Direktoru "Azərbaycanfilm” özü seçməlidir, onda iş də gedər”. 

Yenicag.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook