“Azərbaycandan gələn dəstək əzmimizi artırır” - MHP-li millət vəkili

Fevral 14
14:07
2023
"Bu ağır günlərində Türkiyəyə dünyanın hər yerindən dəstək gəlməkdədir. Türkiyə humanist mövqeyinin qarşılığını alır. Amma qardaş ölkəmiz Azərbaycandan gələn yardımlar, edilən dəstəklər bizi həddən artıq məmnun edir və əzmimizi artırır”.
Millət vəkili deyib ki, bu hüznlü, ağır günlərdə xalqla dövlətin birliyi də Türkiyənin qətiyyətli edir, sarsıltmır: "Şükürlər olsun ki, soydaşlarımızın bu ağır günlərini öz fəlakətləri kimi düşünüb yardım əli uzatmaları dövlətimizin mənəvi gücünü artırır. Böyük itkilərdir, ölənlərin sayı 30 mindən çox, yaralıların sayı 80 mini keçib.
Dünyanın hər yerindən də dəstək gəlir. Bu onun göstəcisidir ki, dünyada insanlıq ölməyib, humanizm ayaqdadır. Xüsusilə, yenə də çətin günün dostu can Azərbaycanın dəstəyi bizi çox sevindirir, motivə edir. İlk gün yaşadığımız çətinliyi azaldır”.