“Azərbaycandan elektrik enerjisinin idxalı çox vacibdir” - Gürcü nazir
Sentyabr 03
14:37
2020
"Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı alternativ qismində çox vacib rol oynayır”.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
Nazirin sözlərinə görə, energetika sahəsində həyata keçirilən islahatların nəticəsində Gürcüstan bütün qonşu ölkələrdən elektrik enerjisi idxal edə bilir və heç bir ölkə dominant deyil.



