Azərbaycandakı seçki ABŞ Konqresində müzakirəyə çıxarılacaq
Noyabr 04
12:23
2015
Noyabrın 5-də ABŞ Konqresində Azərbaycandakı vəziyyət müzakirə olunacaq. Konqresin Helsinki Komissiyasında keçiriləcək dinləmənin mövzusu "Azərbaycanda qanunun aliliyi və vətəndaş cəmiyyəti” adlanır.
Dinləmə barədə məlumatda qeyd olunur ki, son iki ildə ildə Azərbaycanda qanunun aliliyinə və insan hüquqlarına hörmətin azalması müşahidə edilir. Vətəndaş təşkilatlarının bir çoxu öz liderlərinə qarşı təzyiq və təqiblər səbəbindən bağlanmalı olub. Müstəqil KİV öz fəaliyyətini məhdudlaşdırıb və ya bağlanıb. Müxalifət partiyaları təqiblərə məruz qalır və çox zaman seçki prosesindən kənarlaşdırılır.
Tanınmış siyasətçilər siyasi motivli ittihamlarla uzun müddətə həbs olunurlar.
Dinləmədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar, Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Natali Burjali və vicdan məhbusları Leyla və Arif Yunusların qızı Dinara Yunus çıxış edəcəklər.



