Azərbaycandakı ceyranların sayı açıqlanıb
Yanvar 17
12:43
2022
Respublikanın bölgələrində ceyranların və Şərqi Qafqaz turlarının sayı hesablanıb.
APA-nın xəbərinə görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə respublikanın müxtəlif bölgələrində keçirilmiş hesablamada ötən illərdən fərqli olaraq beynəlxalq ekspertlər də iştirak edib: "Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış müşahidələrə görə, bu ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7413 olub”.