SON XƏBƏR

"Azərbaycandakı "Akıncı" PUA-sı hazır vəziyyətdə olub" - Selçuk Bayraktar

May 21
17:08 2024
Azərbaycandakı "Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycandakı texniki heyəti buna hazır idi", - şirkət rəhbəri deyib.

O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, "Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook