SON XƏBƏR

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq

Dekabr 10
11:25 2024
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Bu barədə "APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook