SON XƏBƏR

Azərbaycanda zavodda partlayış olub, ölən və yaralananlar var

Yanvar 04
14:48 2016
Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Balakən şəhərindəki "Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində, qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
 
Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook