SON XƏBƏR

“Azərbaycanda xarici donorlarla bağlı vəziyyət acınacaqlıdır”

Avqust 26
12:21 2016
Azərbaycanda qrant verən xarici donorlar ilə bağlı vəziyyət acınacaqlıdır, İqtisadi Araşdırmalar Mərkəzinin (İAM) rəhbəri Qubad İbadoğlu belə hesab edir.
 
Q.İbadoğlu Turan-a müsahibəsində deyib ki, sərt qaydalar xarici donorları qorxudur.
 
İlk növbədə xarici donor Azərbaycanda qeydiyyatdan keçməlidir. Bu qaydalardan öncə Azərbaycan QHT-ləri ilə işləyən xarici donorların heç biri bizdə dövlət qeydiyyatından keçmək istəyində deyil”, – Q.İbadoğlu vrğulayıb.

O qeyd edib ki, xarici qrantların olmaması fonunda QHT-lər üçün yeganə mənbə prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır.
 
Dövlət Şurası ildə iki dəfə qrant verir. Hər dəfə 300-400 QHT öz layihələrinə görə qrant alır. Lakin çox sayda QHT var ki, müxtəlif səbəblərdən bunda iştirak etmir.
 
Bəzi QHT-lərin dövlət qeydiyyatı yoxdur, bəziləri isə Ədliyyə Nazirliyinin verdiyi reyestrdən çıxarışı almayb, digərlərinin bank hesabları həbsdədir.
 
"Qeydiyyat baxımından qaydasında olan QHT-lər var ki, onlar prinsipial olaraq Dövlət Şurasına müraciət etmirlər, dövlətdən qrant almaqdan imtina edirlər. Çünki bu, əslində qeyri-hökumət təşkilatlarının fəlsəfəsinə ziddir”, – Q.İbadoğlu bildirib.
 
Son iki ildə QHT-lərə təzyiqlərə toxunan İAM rəhbəri deyib ki, mühakimə edilmiş QHT rəhbərləri azad edilsə də, QHT hesablarına həbslər əsasən götürülsə də vəziyyət dəyişməyib.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook