Azərbaycanda vəkil vəkilə qarşı bir manatlıq məhkəmə iddiası qaldırıb
Fevral 13
16:20
2016
Azərbaycanda vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib.
"Report"un xəbərinə görə, A.Məmmədovbildirib ki, E.Sadıqov onun şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa çalışır, habelə şərəf və ləyaqəti, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar yayır: "Cavabdeh Elçin Sadıqovun böhtanlarının yer aldığı saytlarda üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq bir manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsi haqqında Göygöl rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim".



