Azərbaycanda vəkil intihar etdi
Avqust 27
16:34
2020
Azərbaycan Vəkillər Kollegiyasinın üzvü özünü asaraq öldürüb.
Kollegiyadan "Report”a fakt təsdiqlənib.
Bildirilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.
Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.



