SON XƏBƏR

Azərbaycanda vaqon-məktəb – 2 sinif, 4 şagirdi var VİDEO

May 04
13:01 2016
Bir müddət əvvəl Şəkinin Baş Zəyzid kənd məktəblilərinin doğum evində dərs keçməsi haqda sujet təqdim etmişdik.
 
Şəkinin Muradbəyli kəndinin təhsil problemindən söhbət açacağıq. Hansı ki, burda şagirdlər vaqonlarda dərs keçirlər. Bəli, düz eşitdiz, 21 -ci əsrdə qatar vaqonlarında təhsil…
 
Əslində bu şagirdlərin arzuları onların haqqıdır. Onlar da hər kəs kimi vaxtlı vaxtında dərsinə getməli, müasir təhsil innovasiyalarından istifadə etməli, dərslərini əyani vəsaitlərlə keçməlidirlər. Qatar vaqonunda yerləşən bu məktəbdə iki sinif mövcuddur. Bu müəssisə Xocalıdan olan məcburi köçkünlərin uşaqları üçün yaradılıb. Lakin təhsil üçün normal şərait olmadığından valideynlər digər kəndlərə üz tutublar.
 
Bütün valideynlər bu yolu seçə bilmir. İmkanı olmayan ailələr övladlarının vaqonlarda dərs keçməsinə göz yummalı olurlar. Vaqon məktəbdə normal müəllimlər otağı belə yoxdur. Sakinlərin öz zəhməti hesabına yaratdıqları bu təhsil ocağında dərs demək də olduqca çətindir.
 
Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin Şəki şəhəri üzrə nümayəndəliyindən bildirilib ki, bu il dövlət proqramında Muradbulaq kəndində yaşayan sakinlər üçün yeni qəsəbə və məktəbin salınması nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, bu uşaqlar hələ bir müddət də vaqonları qatarın hissəsi kimi yox, sinif otağı kimi təsəvvür edəcəklər. ( Region TV)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook