Azərbaycanda universitetdə xlorla dezinfeksiya: “İşçilər az qala boğulacaq”
Mart 03
14:56
2020
"İşçilər xlor qoxusundan az qala boğulacaqlar”.
Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları Qafqazinfo-ya müraciətində bildirib.
Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd edib.
Qafqazinfo məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb.
Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri, əsasən, şənbə-bazar günləri aparılır. Həftəiçi isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:
"Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq.
Qlobal.az



