Azərbaycanda təhsilə ianələr yığılacaq
Sentyabr 08
12:19
2022
"Təhsil üçün ianələrin edilməsinə imkan yaradılacaq”.
"Report” xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov "Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fond ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə təşkilatın saytından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq:
"İanələri edən fiziki və hüquqi şəxslər açıq va ya anonim şəkildə qala bilər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər".
İanələrin hansı istiqamətdə xərclənəcəyi məsələsinə gəlincə, E.Nəsibov əlavə edib ki, hazırda təşkilatın strukturu formalaşdırıldığdan dəqiq nəsə demək doğru deyil.
Qeyd edək ki, ianələr aşağıdakı formada oluna bilər:
1) Təhsilin İnkişafı Fonduna
2) Hər hansı konkret tematik layihə (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.)
3) Öz məktəbinə ianə et.
Qeyd edək ki, Fond ötən il Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.