Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?
Dekabr 17
22:08
2024
"Təhsilin bahalaşması ilə bağlı yaranan narahatlıq təkcə Azərbaycanda deyil, dünya miqyasında müxtəlif ölkələrdə də müşahidə olunur. Lakin bu tendensiya hər ölkədə fərqli səbəblərə və nəticələrə əsaslanır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 2024-cü ilin 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq təhsil xərclərinin ötən illə müqayisədə 4,5% artmasının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil xərclərinin sürətlə artması bir neçə əsas amillə izah edilir:
"İlk növbədə, iqtisadi infliyasiya və valyuta dəyərinin azalması təhsil xərclərinin artımında əsas faktorlardan biridir. Məsələn, 2023-cü ildə ölkədə ümumi inflyasiya səviyyəsi 12%-dən yuxarı olmuşdur ki, bu da xüsusilə özəl təhsil sektorunda qiymətlərin daha da yüksəlməsinə səbəb olmuşdur".
Dünya təcrübəsinə nəzər salan ekspert bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə təhsil xərcləri dövlət tərəfindən subsidiyalaşdırılır:
"Bu təhsilin geniş təbəqələr üçün əlçatan olmasını təmin edir. Məsələn, Finlandiyada dövlət universitetlərində təhsil tamamilə ödənişsizdir, üstəlik tələbələrə aylıq təqaüd verilir. Almaniyada da dövlət universitetləri xarici tələbələr üçün belə minimal təhsil haqqı tələb edir, bu da yüksək keyfiyyətli təhsili mümkün edir. Buna qarşılıq ABŞ kimi ölkələrdə tələbə kreditləri sistemi tətbiq olunur, lakin bu çox vaxt gəncləri borc yükü altına salır. Azərbaycanın bu ölkələrdən götürə biləcəyi dərs dövlət subsidiyalarının artırılması və təhsilin maliyyə yükünü tələbələr və ailələr üçün yüngülləşdirmək ola bilər".
Kamran Əsədov bildirib ki, təhsilin bahalaşması məsələsində təhsil sektorunda rəqabətin zəif olması və müəyyən hallarda monopoliya mexanizmlərinin mövcudluğu da rol oynayır:
"Azərbaycanda yüksək keyfiyyətli özəl məktəb və universitetlərin sayı məhduddur, bu isə mövcud müəssisələrə qiymətləri artırmaq üçün əlavə imkanlar yaradır. Təhsil sahəsində rəqabət mühitinin zəifliyi təkcə qiymətlərin artmasına deyil, eyni zamanda təhsilin keyfiyyətinə də mənfi təsir edir. Rəqabət olmadan təhsil müəssisələri innovasiya və texnologiyaların tətbiqi sahəsində zəif irəliləyir. Məsələn, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə özəl və dövlət təhsil müəssisələri arasında güclü rəqabət mövcuddur ki, bu da həm qiymətlərin tənzimlənməsinə, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olur".
Kamran Əsədov qeyd edib ki, təhsilin sürətlə bahalaşması və insanların bu istiqamətə daha az maliyyə ayırması yalnız iqtisadi problem deyil, eyni zamanda ciddi sosial və mədəni problemdir:
"İnsanlar arasında təhsilin uzunmüddətli investisiya kimi qəbul edilməməsi, onu ikinci dərəcəli ehtiyac kimi görməsi gələcəkdə cəmiyyətin inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən, təhsilin qiymətləri əlçatan saxlanılmalı, dövlət və özəl sektor arasında tərəfdaşlıq modeli qurulmalı, təhsilin cəmiyyət üçün prioritet olduğu daha geniş miqyasda təbliğ edilməlidir. Həmçinin, insanların təhsilə ayırdığı maliyyəni artırmaq üçün təşviqlər yaradılmalı və istehlak vərdişlərinin balanslaşdırılması üçün tədbirlər görülməlidir".
Kamran Əsədov əlavə edib ki, Azərbaycan üçün ən real çıxış yolu dövlətin təhsilə subsidiyalarını artırması, təhsil sektorunda rəqabəti gücləndirməsi və insanların təhsilə sərmayə qoymasını stimullaşdırmasıdır:
"Təhsilin prioritet olması yalnız fərdi inkişaf üçün deyil, bütövlükdə milli inkişaf və sosial sabitlik üçün strateji əhəmiyyət daşıyır. Cəmiyyətin prioritetləri dəyişmədiyi təqdirdə, təhsil sahəsində mövcud problemlər daha da dərinləşə bilər. Bu isə yalnız fərdlərin deyil, bütövlükdə Azərbaycanın gələcək inkişafını təhlükə altına ala bilər".