Azərbaycanda tanınmış ginekoloq özünü 11-ci mərtəbədən ataraq intihar edib
İyun 28
12:40
2022
Azərbaycanda tanınmış ginekoloq intihar edib.
"Report”un məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib.
Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb.
Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Baş Prokurorluqdan "Report"a faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qlobal.Az