Azərbaycanda şirkət sahibinin qalstukla asılmış meyiti tapılıb - TƏFƏRRÜAT
Aprel 07
15:11
2022
Azərbaycanda yaşadığı evdə meyiti tapılan şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, mərhum 35 yaşlı Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış. Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.
Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qlobal.Az