Azərbaycanda seçkiləri izləyəcək AŞPA müşahidə missiyasının rəhbəri təyin olunub
Yanvar 31
14:46
2020
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclasında fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün göndəriləcək müşahidə missiyasının rəhbəri təsdiqlənib.
APA-nın Avropa bürosunun xəbərinə görə, Frank Şvabe müşahidə missiyasının rəhbəri təyin olunub.



