Azərbaycanda problemli kreditlər son bir ildə 13%-ə yaxın artıb
Dekabr 25
12:11
2024
Bu il dekabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 16.8 milyon manat artaraq 496.6 milyon manata yüksəlib.
Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.1 faiz bəndi azalaraq 1.8% təşkil edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 13.4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12.8% artıb.