Azərbaycanda orta illik inflyasiya 5.6% təşkil edib

Aprel 10
12:15
2025
2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 faiz təşkil edib.
Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.