SON XƏBƏR

Azərbaycanda nikahın qeydə alınması üçün dövlət rüsumu artırılır

Noyabr 01
12:52 2021
Azərbaycanda nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılacaq.

Bu, "Dövlət rüsumu haqqında" qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, etkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook