Azərbaycanda muzeylər vahid qurumda birləşdirilə bilər
Yanvar 25
15:49
2024
Azərbaycanda muzeylərin inkişafı ilə bağlı konsepsiya hazırlanır. Yeni konsepsiyaya uyğun olaraq bir neçə muzey yaradılacaq Milli Muzey Mərkəzinin tabeliyinə veriləcək.
Bu barədə AzFakt.com saytı məlumat yayıb.
Məlumata görə Publik Hüquqi şəxs kimi fəaliyyət göstərəcək Milli Muzey Mərkəzinin tabeliyinə ilkin olaraq Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi veriləcək.
Muzeylərin bir qurumda birləşdirilməsində əsas məqsəd milli sərvətlərin və abidələrin standartlara uyğun komplektləşdirilməsi, öyrənilməsi, düzgün mühafizəsi, təbliğinin düzgün qurulması və optimal idarəetmə sisteminin tətbiqidir.
Milli Muzey Mərkəzinin əsas fəaliyyət istiqamətindən biri də muzey menecementliyinin inkişafı olacaq.
Məlumatda Milli Muzey Mərkəzinə birləşdirləcək Milli Azərbaycan Tarixi Muzeyinin hazırkı baş direktoru Nailə Vəlixanlının yaş senzi ilə bağlı təqaüdə göndəriləcəyi bildirilir. Qeyd edək ki, Nailə Vəlixanlı uzun illərdir Milli Tarix Muzeyinə rəhbərlik edir.
Nailə Vəlixanlı
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın isə Milli Muzey Mərkəzində şöbələrdən birinə rəhbərlik edəcəyi iddia edilir.
Xatırladaq ki, Mədəniyyət nazirliyi bir müddətdir ki, struktur islahatları həyata keçirir.

Şirin Məlikova
Xatırladaq ki, Mədəniyyət nazirliyi bir müddətdir ki, struktur islahatları həyata keçirir.
Nazirliyin struktur islahatlarının əsas məqsədi uzun illərdir nazirliyin tabeliyində fəaliyyət gösətərən müəssisələrdə tüğyan edən korrupsiya və "ölü can"ların aradan qaldırılmasıdır.
Qlobal.az məsələ ilə bağlı Mədəniyyət nazirliyindən mövqe öyrənə bilməyib.
Qlobal.az