Azərbaycanda milyonlar qazanan şirkət səhvinə görə üzr istədi
							Noyabr 07
									
										11:40
										2020
									
								Bir müddətdir vətəndaşlar tərəfindən boykot edilən "Papa Johns” şirkəti insanlardan üzr istəyib.
Qlobal.az xəbər verir ki, şirkət sosial şəbəkə hesabından insanları qarşıdan gələn bayraq günü münasibətilə təbrik edib və etdiyi səhvə görə Azərbaycan xalqından üzr istəyib:
"Biz Azərbaycan xalqını qarşıdan gələn Bayraq Günü münasibəti ilə təbrik edirik! Xalqımıza sülh və firavanlıq diləyirik. Bütün Azərbaycanlılara bayramlarımızı doğmaları ilə öz evlərində keçirmələrini arzu edirik. Sosial şəbəkələrimizdə etdiyimiz paylaşımın və onun silinməsinin nəticəsində hisslərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik".

				
				
				
				
				
				

