Azərbaycanda "meymun çiçəyi" qeydə alınıb? - Səhiyyə Nazirliyindən açıqlama
May 23
14:54
2022
Azərbaycan ərazisində bugünkü tarixədək "meymun çiçəyi" xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.
Qeyd olunub ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır: "Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir".