Azərbaycanda məşhur türkiyəli iş adamına qarşı ŞOK İTTİHAM
Aprel 18
23:19
2022
Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı dələduzluqda ittiham olunur.
Lent.az-ın əldə etdiyi məlumata görə, Türkiyə vətəndaşı, 47 yaşlı Murat Ekmez hüquq-mühafizə orqanlarına müraciət edərək, həmyerlisi 45 yaşlı Efe Emir Demirel tərəfindən aldadıldığını bildirib.
İddiaya əsasən, Efe Emir Demirel Murat Ekmeze qarşı külli miqdarda dələduzluq edib. Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.
Əldə etdiyimiz xəbərə görə, dələduzluq etdiyi deyilən Efe Emir Demirel Azərbaycanda fəaliyyət göstərən "Azərtürk Medical Turizm” şirkətinin rəhbəridir. Onun rəhbərlik etdiyi şirkət Azərbaycandan olan xəstələrin müalicə almaları üçün Türkiyəyə göndərilməsini təşkil edirmiş.
Onun daha bir neçə vətəndaşa qarşı da dələduzluq etdiyi iddia olunur.

Qlobal.Az