SON XƏBƏR

“Azərbaycanda meşə ağaclarının göbələkləri, onların taksonomiyası və filogeniyası” adlı kitab çap olunub

Yanvar 30
11:40 2024
Elm və Təhsil nazirliyinin Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri, b.e.d., dosent Dilzarə Ağayevanın "Azərbaycanda meşə ağaclarının göbələkləri, onların taksonomiyası və filogeniyası” adlı kitabı işıq üzü görüb.

Kitabın elmi redaktoru Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, rəyçiləri isə biologiya elmləri doktorları, professor Elşad Hüseynov və professor Şakir Qasımovdur.

Təq­dim olu­nan mo­noq­ra­fi­ya me­şə ağac­la­rı­nın mi­ko­bio­ta­sı­nın növ tər­ki­bi, tak­so­no­mi­ya­sı və fi­lo­ge­ni­ya­sı­nın araş­dı­rıl­ma­sı­na həsr edil­miş­dir. Mo­noq­ra­fi­ya­da klas­sik və müa­sir mi­ko­lo­ji me­tod­lar tət­biq et­mək­lə, Azər­bay­can­da me­şə ağac növ­lə­rin­də tə­sa­düf edi­lən As­comy­co­ta və Basi­di­omy­co­ta şö­bə­lə­ri­nə aid gö­bə­lək­lə­rin təd­qi­qi öz ək­si­ni ta­pmışdır. Həmçinin əsərdə növ­lə­rin  tak­so­no­mik sta­tu­su, təs­vi­ri, top­lan­ma ye­ri ki­mi gös­tə­ri­ci­lər qeyd edil­mək­lə, pa­to­gen və po­ten­si­al pa­to­gen növ­lə­rin mo­le­kul­yar ya­naş­ma­lar­la təh­li­li təq­dim edi­lmişdir.

Kitab, ağac­la­rın gö­bə­lək xəs­tə­lik­lə­ri­nə qar­şı mü­ba­ri­zə təd­bir­lə­ri­nin ha­zır­lan­ma­sı üçün el­mi əsas­la­rı tə­min edir və bio­lo­gi­ya, kənd tə­sər­rü­fa­tı sa­hə­sin­də ça­lı­şan mü­tə­xəs­sis­lər, ali mək­təb­lə­rin bio­lo­gi­ya fa­kul­tə­lə­ri­nin tə­lə­bə­lə­ri, mi­ko­lo­gi­ya və fi­to­pa­to­lo­gi­ya üzrə ixtisaslaşmış ma­gistr, doktorant və elmi tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook