SON XƏBƏR

Azərbaycanda məmur oğlu atasını məhkəməyə verdi – Milyonluq mülklərdən payını istəyir

Oktyabr 24
20:30 2017
Azərbaycanda ilginc olay baş verib. Məmur oğlu atasını mülkə görə məhkəməyə verib.

Qlobal.az unikal.org-a istinadən xəbər verir ki, "Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb.

O, atasına məxsus "Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən "Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan "Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.

Məlumatı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.

 

MƏTİN-M.Davudoğlu,17,Azadlıq M.



SƏMA- Zığ şosesi,7



MƏLƏK-Azadlıq Metrosu, Azadlıq pr.

Qlobal.Az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook