SON XƏBƏR

Azərbaycanda məhkəmədə hakim özü-özünə etiraz edib

Yanvar 12
14:02 2026
Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-özünə etiraz edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bu, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırlıq iclasında baş verib.

Belə ki, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Qusar sakininin etibarından sui-istifadə edib və ümumilikdə 8500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs zərərçəkənə onun oğlunun Qusar rayon Məhkəməsində CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işi üzrə yüngül cəza verdirəcəyini yalandan vəd verib.

Nəticədə hazırlıq iclasına sədrlik edən Əli Cəlilov özü-özünə etiraz edib. Məhkəmə hesab edib ki, hazırki cinayət işində Qusar Rayon Məhkəməsinin adı hallandığından həmin işə sözügedən məhkəmədə baxılması məqsədəmüvafiq deyil.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook