Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 100 milyon manatdan çox artırılır
May 25
07:41
2024
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin 2 956,7 milyon manatdan 3 058,4 milyon manata çatdırılması nəzərdə tutulur.
Beləliklə, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 101,7 milyon manat artırılır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.