Azərbaycanda koronavirusun yayıldığı bölgələr AÇIQLANDI
İyun 11
10:51
2020
Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.
Qlobal.az xəbər verir ki, bu rəqəm Bakı üzrə 50 % təşkil edib.
Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Sabunçu (12,4%), Yasamal və Binəqədidə (12,3%) qeydə alınıb. Xətaidə bu rəqəm 11,6%, Nəsimidə 11%, Suraxanıda 9,4%, Nərimanov 9,1%, Nizamidə 7,2%, Qaradağda 7%, Xəzərdə 4,4%, Səbaildə 3%, Pirallahıda 0,3% olub.
Yoluxanların yaş qrupunda isə 0-9 yaş arası 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16 %, 70-79 yaş arası 4%, 80 yaş üstü olan olanlar isə 2 faizdir.



