"Azərbaycanda koronavirusa yoluxma sayında artım müşahidə olunur" - Səhiyyə Nazirliyi
Avqust 16
11:12
2022
"Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova deyib.
Onun sözlərinə görə, buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər: