SON XƏBƏR

Azərbaycanda koronavirus: 996 yoluxma, 5 nəfər ölüb

Avqust 05
01:15 2021
"Hazırda aktiv xəstə sayı 8145 nəfərdir"

Avqustun 4-də Azərbaycanda 996 adam COVID-19 infeksiyasına yoluxub, 202 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 346 min 878 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
 
"Onlardan 333 min 694 nəfər müalicə olunaraq sağalıb, 5039 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 8145 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 465, bu günə qədər isə 4 milyon 70 min 700 testin icra olunduğunu vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook