Azərbaycanda İranın casus şəbəkəsinin daha bir üzvü tutuldu

Aprel 06
13:42
2023
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Bu barədə "MOUZE” "Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, İranın fars molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.
Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.